Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Avropa İttifaqı Azərbaycanda narçılığın inkişafına dəstək verir

© Sputnik / Ilham AhmadovNar, arxiv şəkli
Nar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.12.2022
Abunə olmaq
V.Boşkov bildirib ki, layihənin prioritetləri sırasında yüksək keyfiyyətin, həmçinin nar şirəsi istehsalının lazımi standartlara uyğunluğunun təmin edilməsini göstərmək olar.
BAKI, 16 dekabr — Sputnik. Avropa İttifaqı Azərbaycanda narçılığın inkişafına dəstək verir. Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Ofisinin nümayəndəsi Viktor Boşkov Kürdəmir rayonunun Muğanlı kəndində nar şirəsi istehsalı üzrə minizavodun açılışında deyib.
Onun sözlərinə görə, layihə 100 kənddən birbaşa nar becərilməsi ilə məşğul olan 1500 nəfəri əhatə edib.
V.Boşkov bildirib ki, layihə çərçivəsində onların narçılıqla daha yaxından tanış olmaları üçün təlimlər keçirilib. Layihənin prioritetləri sırasında yüksək keyfiyyətin, həmçinin nar şirəsi istehsalının lazımi standartlara uyğunluğunun təmin edilməsini göstərmək olar. Narçılıq turistləri cəlb etmək üçün əla fürsətdir ki, bu da bütün regionun inkişafına töhfəsini verəcək.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələri indiyədək iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və s. kimi müxtəlif çərçivələrdə inkişaf etdirib.
Azərbaycanın regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması ölkəni Aİ üçün cəlbedici edən faktorlardır.
Xəbər lenti
0