CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Quba yolunda dəhşətli qəzanı törədən "TIR" sürücüsü saxlanıldı

© AFP 2023 / PHILIPPE HUGUENƏli qandallanmış şəxs polis bölməsində, arxiv şəkli
Əli qandallanmış şəxs polis bölməsində, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.12.2022
Abunə olmaq
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
BAKI, 16 dekabr — Sputnik. Bakı-Quba yolunda qəza törədən "TIR" sürücüsü, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.
O bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən E.Atayev saxlanılaraq istintaqa cəlb edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. E.Atayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. Faktla bağlı istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, hadisə dekabrın 15-i səhər saat 10 radələrində Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun 98-ci kilometrliyində, Siyəzən rayonu ərazisində qeydə alınıb.
Belə ki, Yardımlı rayon sakini, 1977-ci il təvəllüdlü Qubadbəyli Nəsimi Əlimuxtar oğlunun idarə etdiyi "Mercedes-Benz Viano" markalı, 10-VE-933 dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətdə hərəkətdə olan Quba rayon sakini, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun idarə etdiyi "DAF" markalı, 99-BG-262 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Nəticədə "Mercedes-Benz Viano"nun sürücüsü və onun 5 sərnişini hadisə yerində ölüb.
Xəbər lenti
0