DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qərb avropalıları Ukrayna münaqişəsinin ən pis ssenarisinə hazırlayıb

© AFP 2023 / YURIY DYACHYSHYNUkrayna hərbçisi, arxiv şəkli
Ukrayna hərbçisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.12.2022
Abunə olmaq
Rusiya sanksiyaların Moskvadan çox Qərbə zərbə vurduğunu, Avropa və ABŞ-da inflyasiyanı sürətləndirdiyini dəfələrlə qeyd edib.
BAKI, 15 dekabr — Sputnik. Qərb avropalıları Ukraynadakı münaqişə ilə bağlı ən pis ssenariyə hazırlamağa başlayıb.
"The Washington Post" bu barədə yazır.
"Ukrayna hökuməti kritik idxalı ödəmək üçün beynəlxalq ehtiyatsız qala və xarici borc öhdəliklərini yerinə yetirə bilməyək vəziyyətə düşə bilər. Ukraynanın ayda daha iki milyard dollara ehtiyacı ola bilər və Qərbin siyasi liderləri vətəndaşları ən pis ssenarilərə hazırlamaq üçün çalışmağa başlayıblar", – deyə məqalədə qeyd olunub.
Xatırladaq ki, Aİ Rusiya Federasiyasından neftin qiymətinin bir barel üçün 60 dollar səviyyəsində həddi müəyyən edib. Oxşar qərar G7 və Avstraliya tərəfindən də qəbul edilib. Öz növbəsində, Rusiya hazırda Qərb ölkələrinin neftin qiymətinə məhdudiyyətlər qoymasına cavab vermək üçün müxtəlif variantları nəzərdən keçirir.
Rusiya tərəfi dəfələrlə qeyd edib ki, sanksiyalar Moskvadan çox Qərbə zərbə vurub, Avropa və ABŞ-da inflyasiyanı sürətləndirib, enerji sektorunda sabitliyi pozub. Rusiya Prezidenti Vladimir Putin məhdudiyyətlərin Rusiya iqtisadiyyatını məhv edə bilməyəcəyini, onun çətinliklərin zirvəsini uğurla keçdiyini vurğulayıb.
Xəbər lenti
0