Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda bayram iməcliyi keçiriləcək

© Photo : Baku City Executive PowerBakıda iməclik
Bakıda iməclik - Sputnik Azərbaycan, 1920, 15.12.2022
Abunə olmaq
"Yeni ilə təmiz şəhərlə" devizi ilə ümumşəhər daxili iməcliyinin keçirilməsi qərara alınıb.
BAKI, 15 dekabr — Sputnik. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində şənbə günü, dekabr ayının 17-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda "Yeni ilə təmiz şəhərlə" devizi ilə ümumşəhər daxili iməcliyinin keçirilməsi qərara alınıb.
Bakı Şəhər İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iməclik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, koşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları, binaların fasadları yuyulacaq, ağaclar budanacaq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcəkdir.
Bakı Şəhər İcra Hakimiyyəti müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini bu iməclikdə fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir.
Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq.
Xəbər lenti
0