Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakı "Türk filmləri həftəsi"nə hazırlaşır

Kinoteatr, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.12.2022
Abunə olmaq
"Film həftəsi"nin açılış dekabrın 17-də rejissor Semih Kaplanoğlunun "Bağlılık Hasan" filmi ilə gerçəkləşəcək. Dekabrın 19-da isə Semih Kaplanoğlunun Nizami Kino Mərkəzində ustad dərsləri nəzərdə tutulur
BAKI, 13 dekabr — Sputnik. Bakıda "Türk filmləri həftəsi" təşkil olunacaq. Tədbir dekabrın 17-dən 21-dək Nizami Kino Mərkəzində keçiriləcək. Bu barədə Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç məlumat verib.
S.Karakılıç bildirib ki, film həftəsi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi, Bakıdakı Yunus Əmrə İnstitutu, Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə reallaşacaq.
"Film həftəsi"nin açılış dekabrın 17-də rejissor Semih Kaplanoğlunun "Bağlılık Hasan" filmi ilə gerçəkləşəcək. Dekabrın 19-da isə Semih Kaplanoğlunun Nizami Kino Mərkəzində ustad dərsləri nəzərdə tutulur.
Həftə ərzində göstəriləcək "Bağlılık Hasan", "7. Koğuştaki Mucize", "İyi ki Varsın Eren", "Adanış-Kutsal Kavga", "Aşkın Ömrü", "Ankara Yazı", "Veda Mektubu ve Rafadan" və "Tayfa-Göbeklitepe" filmlərinə hər kəs baxa biləcək.
Xəbər lenti
0