QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Son həftədə aşkarlanmış minaların sayı açıqlandı

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmzləyir
ANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmzləyir - Sputnik Azərbaycan, 1920, 12.12.2022
Abunə olmaq
Dekabrın 5-dən 10-dək olan dövrdə 1 piyada əleyhinə mina, 3 tank əleyhinə mina və 47 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
BAKI, 12 dekabr — Sputnik. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlanıb.
ANAMA-dan verilən məlumata görə, dekabrın 5-dən 10-dək olan dövrdə Tərtər, Ağdam, Füzuli, Laçın, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 1 piyada əleyhinə mina, 3 tank əleyhinə mina və 47 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 271 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Ötən ay azad olunan ərazilərdə 1126 mina aşkarlanıb
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilən ərazilərdə minatəmizləmə əməliyyatları barədə aylıq məlumat açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, noyabrda (01.11.2022 - 30.11.2022) Tərtər, Kəlbəcər, Ağdam, Füzuli, Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda 782 piyada əleyhinə mina, 344 tank əleyhinə mina və 1735 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Qeyd edək ki, artıq 2522,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Xəbər lenti
0