Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Vüqar Həşimov Memorial"da kimlər oynayacaq?

© Photo : Facebook / Elnur Amikishiyev PhotographyVüqar Həşimov
Vüqar Həşimov - Sputnik Azərbaycan, 1920, 07.12.2022
Abunə olmaq
Ənənəvi şahmat turnirində Azərbaycanın dörd nümayəndəsi və altı əcnəbi qrossmeyster iştirak edəcək.
BAKI, 7 dekabr — Sputnik. Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə keçirilən ənənəvi şahmat super turnirinin bütün iştirakçıları müəyyənləşdirilib.
Dekabrın 7-si, çərşənbə günü təşkilatçılar on şahmatçının iştirakı ilə rapid və blits üzrə keçiriləcək Vüqar Həşimov Memorialının iştirakçılarının tam siyahısını açıqlayıblar. Turnir 17-24 dekabr tarixlərində Bakıda "Fairmont" hotelində keçiriləcək.
Memorialın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, turnirdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Abdulla Qədimbəyli (hamısı Azərbaycandandır), Rixard Rapport (Rumıniya), Nadirbek Abdusattarov (Özbəkistan), Vanq Hao (Çin), Fransisko Valyexo (İspaniya), Samuel Şenkland (ABŞ) və Qukeş Domaraju (Hindistan) iştirak edəcəklər.
Turnirin təşkilatçıları Vüqar Həşimov Fondu, Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyidir. Tədbir SOCAR-ın dəstəyi ilə keçiriləcək.
Onu da əlavə edək ki, Həşimov Memorialı ikinci ildir ki, rapid və blits üzrə keçirilir və bu yaxınlarda isə turnir klassik vaxt nəzarəti ilə keçirilib.
Xəbər lenti
0