Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya-Çin arasında ticarət dövriyyəsi rekord həddə çatıb

© AFP 2023 / KIRILL KUDRYAVTSEVLimanda konteynerlər, arxiv şəkli
Limanda konteynerlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.12.2022
Abunə olmaq
Bu il Rusiya və Çin ticarət həcmini 200 milyard dollara yaxınlaşdırmağı hədəfləyir.
BAKI, 7 dekabr — Sputnik. Cari ilin yanvar-noyabr aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi illik müqayisədə 32 faiz artaraq rekord həddə - 172,4 milyard dollara çatıb.
Bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.
İdarənin saytında dərc edilən məlumata əsasən, Çindən Rusiya Federasiyasına ixrac 11 ay ərzində 13,4 faiz artaraq təxminən 67,3 milyard dollar olub. Rusiya mal və xidmətlərinin idxalı isə 47,5 faiz artaraq 105,07 milyard dollara çatıb.
Rusiyadan Çinə idxal olunan malların böyük əksəriyyəti neft, təbii qaz və kömürdən ibarətdir. Yanvar-oktyabr aylarında neft və qaz Rusiyanın Çinə tədarükünün 60 faizini təşkil edib.
Çin isə Rusiya Federasiyasına geniş çeşiddə məhsullar ixrac edir. Bu siyahıya smartfonlar, sənaye və ixtisaslaşdırılmış avadanlıqlar, uşaq oyuncaqları, ayaqqabılar, nəqliyyat vasitələri, kondisionerlər və kompüterlər daxildir.
Bu il Rusiya və Çin ticarət həcmini 200 milyard dollara yaxınlaşdırmağı hədəfləyir.
Xəbər lenti
0