Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan və Dağıstan hava nəqliyyatı sahəsində əməkdaşlığı müzakirə edib - FOTO

© BRUCE BENNETT / Getty Images via AFPtəyyarə
təyyarə - Sputnik Azərbaycan, 1920, 07.12.2022
Abunə olmaq
Nazir Rəşad Nəbiyev Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovla görüşüb
BAKI, 7 dekabr — Sputnik. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovla görüşüb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib ki, görüş zamanı Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində və hava nəqliyyatı sahəsində əməkdaşlıq, logistik mərkəzlərin yaradılması və bu sahədə Azərbaycan təcrübəsinin öyrənilməsi məsələləri müzakirə olunub.
Eyni zamanda rəqəmsallaşma istiqamətində əməkdaşlığın qurulması və təcrübə mübadiləsinə dair müzakirə aparılıb.
© Photo : MincomAzərbaycan və Dağıstan hava nəqliyyatı sahəsində əməkdaşlığı müzakirə edib
Azərbaycan və Dağıstan hava nəqliyyatı sahəsində əməkdaşlığı müzakirə edib - Sputnik Azərbaycan, 1920, 07.12.2022
Azərbaycan və Dağıstan hava nəqliyyatı sahəsində əməkdaşlığı müzakirə edib
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovu qəbul edib.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Rusiya Federasiyasının ayrı-ayrı regionları, o cümlədən Dağıstan Respublikası ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirib və bunun Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin inkişafına töhfə verdiyini deyib. Dövlətimizin başçısı eyni zamanda bildirib ki, Azərbaycan-Rusiya əlaqələri 2022-ci ildə də uğurla inkişaf edib. Prezident İlham Əliyev bu baxımdan qarşılıqlı səfərlərin və səmərəli görüşlərin əhəmiyyətini vurğulayıb, eyni zamanda bu yaxınlarda keçirilən növbəti Azərbaycan-Rusiya regionlararası Forumunun önəmini qeyd edib.
Dövlətimizin başçısı əsrlər boyu xalqlarımız arasında tarixi əlaqələrin mövcud olduğunu vurğulayaraq müasir dövrdə də bu münasibətlərin möhkəmləndiyini məmnunluqla diqqətə çatdırıb. Bu baxımdan Prezident İlham Əliyev Sergey Məlikovun ölkəmizə səfərinin Azərbaycanla Dağıstan arasında konkret istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.
Xalqlarımızın qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən Sergey Məlikov digər xalqların nümayəndələri ilə yanaşı, azərbaycanlıların da Dağıstanda vahid ailə kimi yaşadıqlarını məmnunluqla qeyd edib. O, ölkəmizə səfəri zamanı keçiriləcək görüşlərin əməkdaşlığın daha da genişlənməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.
Dövlətimizin başçısı Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə Dağıstan Respublikasının rəhbərinin müşaviri Maqomed Səidoviç Qurbanova təltif olunduğu “Şöhrət” ordenini təqdim edib.
Xəbər lenti
0