SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fransanın mövqeyi Azərbaycanın milli təhlükəsizliyinə təhdid yaradır - millət vəkili

© AFP 2023 / EMMANUEL DUNANDFransa parlamenti, arxiv şəkli
Fransa parlamenti, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.12.2022
Abunə olmaq
Burada məqsəd Cənubi Qafqazda gərginliyin yaradılması, seperatizmin dəstəklənməsi, münaqişə vəziyyətinin geri qaytarılmasıdır.
BAKI, 1 dekabr — Sputnik. Fransa Parlamentinin aşağı palatası - Milli Assambleya yekdilliklə Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib. Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamələrin Parisin rəsmi mövqeyini əks etdirmədiyini desə də, artıq iş-işdən keçib.
Qətnamənin mətni ilə tanış olanda görürük ki, onu qəbul edənlərin Cənubi Qafqazda gedən proseslərdən ya xəbəri yoxdur, ya da məqsədyönlü şəkildə sülh prosesini pozmaq, regionda vəziyyəti gərginləşdirmək üçün Ermənistanı kağızdan gəmiyə mindirən belə bir absurd sənəd qəbul ediblər.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Sputnik Azərbaycan-a fikirlərini bölüşüb.
© Photo : Facebook / Elşad Mirbəşir oğluElşad Mirbəşiroğlu
Elşad Mirbəşiroğlu - Sputnik Azərbaycan, 1920, 01.12.2022
Elşad Mirbəşiroğlu
Millət vəkili bildirib ki, qətnamənin qəbul edilməsi bütün bu illər ərzində Fransanın münaqişə vəziyyətinin qalmasında fəaliyyət göstərdiyini nümayiş etdirir:
"ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Fransanın əsas məqsədi Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin leqallaşdırılması olub. Münaqişənin mövcudluğu dövründə də Fransa ilə Azərbaycan ərazisindəki erməni separatçılarının sıx əlaqələrini müşahidə etmişik. Fransa parlamentinin nümayəndələri seperatçılarla təmaslarda olub, qanunsuz olaraq ərazilərimizə səfərlər ediblər. Bu səfərlər özü də təxribat xarakteri daşıyırdı".
Millət vəkili Fransa XİN-in qətnamənin ölkənin rəsmi mövqeyini əks etdirmədiyi ilə bağlı açıqlamasını dürüst saymır: "Bu açıqlama reallıqla qətiyyən uzlaşmır. Biz yaxşı bilirik ki, müdafiə, təhlükəsizlik, xarici siyasət məsələlərində bütün sənədlər Fransa Prezident Administrasiyasında mütləq təftiş olunur. O baxımdan hesab edirəm ki, parlamentin aşağı palatasında qəbul olunan növbəti qətnamə birbaşa qərəzli xarakter daşıyır. Burada məqsəd Cənubi Qafqazda gərginliyin yaradılması, separatizmin dəstəklənməsi, münaqişə vəziyyətinin geri qaytarılmasıdır. Odur ki, Azərbaycan bundan öncə də olduğu kimi sərt reaksiya nümayiş etdirməlidir".
Elşad Mirbəşiroğlu xatırladıb ki, Azərbaycan Milli Məclisi bundan öncə qəbul olunmuş qətnaməyə cavab olaraq bəyanat yaymışdı. Həmin bəyanatda hökumətə təkliflər irəli sürülürdü. İndi Milli Məclisin irəli sürdüyü təkliflərə uyğun praktiki addımlar atılmalıdır.
Millət vəkilinin sözlərinə görə, Fransa parlamentində qəbul edilmiş və aşkar şəkildə Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən, separatizmə rəvac verən qətnaməyə həm parlament, həm də digər aiddiyyatı instansiyalar səviyyəsində cavab verilməlidir:
"Fransa aşkar olaraq Azərbaycana qarşı qərəzli siyasət yeridir və burada artıq hər hansı bir manipulyasiya işə yaramayacaq. Fransanın özünə və rəsmi mövqeyinə bəraət qazandırmaq cəhdləri bəri başdan fiaskoya düçardır. Ona görə də ölkəmiz Fransa ilə münasibətlərdə narazılığını ifadə edəcək praktiki addımları nümayiş etdirməlidir".
"Fransa təcavüzkar, işğalçı Ermənistanın yanındadır və onun hazırkı mövqeyi Azərbaycanın milli təhlükəsizliyinə təhdid yaradır. Çünki Azərbaycanın ərazisində separatçı tör-töküntülərin hələ də qalması həm müdafiə, həm də təhlükəsizlik sistemi üçün ciddi təhdiddir. Biz mövcud təhdidləri dialoq yolu ilə aradan qaldırmağa çalışsaq da, görünür, separatçıların aldığı dəstək onların mövcudluğunu şərtləndirir" – deyə millət vəkili fikirlərini yekunlaşdırıb.
* Meta məhsullarının fəaliyyəti ekstremist kimi tanınıb və Moskvanın Tver Məhkəməsinin 21.03.2022-ci il tarixli qərarı ilə Rusiyada qadağan edilib.
Milli Məclisin iclası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.12.2022
SİYASƏT
Milli Məclis Fransanı siyasi riyakarlıqda günahlandırdı
Xəbər lenti
0