Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanla Pakistan arasında bəzi məhsullar gömrük rüsumundan azad edilə bilər

© AFP 2023 / AAMIR QURESHIPakistan bayraqları, arxiv şəkli
Pakistan bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.11.2022
Abunə olmaq
Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası prezidentinin sözlərinə görə, hər iki ölkə qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün böyük potensiala malikdir.
BAKI, 30 noyabr — Sputnik. Azərbaycan və Pakistan bir sıra məhsulların gömrük rüsumlarından azad edilməsi ilə bağlı danışıqlar aparır.
Bunu noyabrın 30-da Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PakAzCham) prezidenti Cavaid Bhatti "Ticarət və ixracat" adlı forum zamanı deyib.
Onun sözlərinə görə, hər iki ölkə qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün böyük potensiala malikdir və bu gün Azərbaycan məhsullarının Pakistan bazarına daxil olması üçün danışıqlar aparılır.
"Burada söhbət tekstil məhsulları və digər məhsul növlərindən gedir. Həmçinin, pambıq və kosmetika məhsullarının gömrük rüsumlarından azad edilməsi planlaşdırılır", - deyə o bildirib.
PakAzCham prezidenti qeyd edib ki, yaxın zamanlarda tikinti sahəsi üzrə pakistanlı nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır.
Xatırladaq ki, bundan öncə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye "Report"a deyib ki, Azərbaycanla Pakistan arasında Tranzit Ticarət Sazişinin imzalanması üzərində iş aparılır.
"Azərbaycanla Pakistan bir-birilərinin qonşuluğunda yerləşmirlər. İki ölkə bir-birinə məhsul göndərmək üçün digər ölkələrin sərhədindən keçməlidirlər. Ona görə də bu cür sazişin imzalanması çox mühümdür. Bu saziş Azərbaycanla Pakistan arasında məhsulların göndərilməsi zamanı gömrükdə işi asanlaşdıracaq. İki ölkənin hökumətləri sənəd üzərində fəal iş aparır. Ümid edirik ki, sazişlə bağlı işlər tezliklə yekunlaşacaq", - deyə o qeyd edib.
Bundan başqa, səfir əlavə edib ki, Azərbaycanla Pakistan arasında Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində də iş aparılır və bu prosesin 2022-ci ildə yekunlaşması gözlənilir.
"Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin dəyəri çox deyil. Mövcud rəqəmin tezliklə artacağına inanırıq. Çünki biz çox vacib iki sənəd üzərində işləyirik. Ümid edirik ki, bu sazişlər tezliklə imzalanacaq, ikitərəfli ticarətimizdə böyük artım olacaq", - deyə səfir qeyd edib.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin dəyəri 11 milyon 729 min ABŞ dolları təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 11,6% azdır.
Bu ilin yanvar-avqust aylarında isə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 16 milyon 172 min ABŞ dolları olub. Bu isə 1 il əvvələ nisbətən 2,3 dəfə çoxdur.
Xəbər lenti
0