Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bakıdakı Rus Evi hansı imkanları təklif edir - video

Abunə olmaq
Azərbaycan paytaxtındakı “Rus Evi”ndə ustad dərsləri, kurslar, konsertlər, sərgilər və müsabiqələr keçirilir.
Bakıdakı Rus Evi azərbaycanlılar üçün çoxlu imkanlar təklif edir.
Məktəblilər və tələbələr ustad dərslərində, rus dili, rəsm, robototexnika dərslərində iştirak edə, müxtəlif fənlər üzrə müsabiqə və olimpiadaların iştirakçısı ola bilərlər.
"Gənclərlə iş Bakıdakı Rusiya Evinin prioritet sahələrindən biridir. Müxtəlif məktəblərin tələbələri üçün bizdə "Salam, Rusiya!" proqramımız var. Bu proqramda onlar Rusiyanın müxtəlif şəhərlərini ziyarət edə, onların tarixi, mədəniyyəti ilə tanış ola, öz vətənləri ilə bağlı daışa bilərlər”, - deyə Azərbaycan paytaxtının Rus Evinin rəhbəri İrek Zinnurov bildirib.
Hər il azərbaycanlı abituriyentlərə Rusiyanın ən nüfuzlu universitetlərində pulsuz təhsil almaq imkanı yaradılır. Rus Evinin əməkdaşları azərbaycanlı gənclərə istiqamət və universitet barədə qərar verməkdə köməklik göstərirlər.
2023/2024-cü tədris ili üçün Rusiya ali məktəblərində Azərbaycan vətəndaşları üçün təhsil almaq üçün kvota 270 nəfər müəyyən edilib.
Bütün bu layihələrlə yanaşı, Rus Evi Azərbaycanın və Rusiyanın tanınmış simalarının sərgiləri, konsertləri, yaradıcılıq gecələri təşkil edir.
Xəbər lenti
0