CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni ildə 5 gün iş olmayacaq

© Sputnik / Reshad Rashidov Şamaxıda yeni il
 Şamaxıda yeni il - Sputnik Azərbaycan, 1920, 24.11.2022
Abunə olmaq
31 dekabr və 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək.
BAKI, 24 noyabr — Sputnik. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib.
Müvafiq olaraq 2022-ci il 31 dekabr və 2023-cü il 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 2023-cü il 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq. Beləliklə, Yeni ildə 5 gün ardıcıl qeyri-iş günü olacaq.
Xəbər lenti
0