SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Xarici ölkələrin hərbi attaşelərinin Sarıbaba yüksəkliyinə səfəri başlayıb

© Photo : REPORTXarici ölkələrin hərbi attaşelərinin Sarıbaba yüksəkliyinə səfəri başlayıb
Xarici ölkələrin hərbi attaşelərinin Sarıbaba yüksəkliyinə səfəri başlayıb - Sputnik Azərbaycan, 1920, 24.11.2022
Abunə olmaq
Diplomatik korpusun hərbi attaşelərinin Laçın rayonunun Sarıbaba yüksəkliyinə səfəri başlayıb.
BAKI, 24 noyabr — Sputnik. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşelərinin Laçın rayonunun Sarıbaba yüksəkliyinə səfəri başlayıb.
Onlar yüksəkliyin şimal istiqamətində qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılmış mina sahələrinə baş çəkəcəklər.
Qeyd edək ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib.
Ərazidə aparılan minatəmizləmə tədbirləri nəticəsində 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. (Report)
Xəbər lenti
0