Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda cinayətkar dəstə poçt işçisi adı ilə evə basqın edib

© AFP 2023 / JONATHAN NACKSTRANDoğru
oğru - Sputnik Azərbaycan, 1920, 23.11.2022
Abunə olmaq
Qeyri-aşkar şəraitdə quldurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər “isti izlərlə” saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
BAKI, 23 noyabr — Sputnik. Bakıda evə basqın edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, paytaxtın Xətai rayonunda noyabrın 21-də səhər saatlarında özlərini poçt işçiləri kimi təqdim edən naməlum şəxslərin mənzillərdən birinə daxil olaraq ev sahibinin baş nahiyəsinə küt alətlə vuraraq evdən 80.000 manat pul və 20.000 manat dəyərində qızıl-zinət əşyalarını quldurluq yolu ilə talamaları barədə polis orqanlarına məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri intensiv əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlər nəticəsində qeyri-aşkar şəraitdə quldurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər "isti izlərlə" saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
Əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəbər lenti
0