Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Nasizmlə əlbir olmaq yolverilməzdir - Putin

© Sputnik / Алексей Даничев / Mediabanka keçidPutin
Putin  - Sputnik Azərbaycan, 1920, 21.11.2022
Abunə olmaq
Prezident "tarixi həqiqətin qorunub saxlanmasının, Rusiyanın Böyük Qələbəyə verdiyi töhfələrə yenidən baxılmasına yönəlmiş bütün cəhdlərə qarşı durmağın" vacibliyini qeyd edib.
BAKI, 21 noyabr — Sputnik. Nürnberq tribunalının birmənalı olaraq qiymətləndirdiyi nasistlərin cinayətlərinə haqq qazandırmaq və onları bağışlamaq olmaz. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Beynəlxalq (Nürnberq) Hərbi Tribunalın birmənalı qiymətləndirdiyi bu qəddar cinayətlərə haqq qazandırmaq və bağışlamaq olmaz. Həm biz, həm də gələcək nəsillər nasizmlə əlbirliyin hansı dəhşətli nəticələrə gətirib çıxardığını başa düşməliyik", - deyə Putinin "Məhdudiyyət müddəti olmadan. Böyük Vətən Müharibəsi illərində nasistlər və onların əlaltıları tərəfindən sovet xalqının soyqırımı: tarixi anlayış və məhkəmə təcrübəsi" adlı beynəlxalq forumun iştirakçılarına və təşkilatçılarına müraciətində deyilir.
Prezident "tarixi həqiqətin qorunub saxlanmasının, ölkəmizin Böyük Qələbəyə verdiyi töhfələrə yenidən baxılmasına yönəlmiş bütün cəhdlərə qarşı durmağın" vacibliyini qeyd edib.
Qatçina şəhərində forum iştirakçılarına müraciət Kremlin saytında dərc olunub.
Xəbər lenti
0