DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avrasiya İqtisadi İttifaqının sammitinin keçiriləcəyi yer məlum olub

© Sputnik / Zarina OrudzhalievaAvrasiya İqtisadi forumu
Avrasiya İqtisadi forumu - Sputnik Azərbaycan, 1920, 21.11.2022
Abunə olmaq
Qırğızıstan və Qazaxıstan liderləri Sadır Japarov və Kasım-Jomart Tokayev arasında telefon danışığı zamanı sammitə hazırlıq, həmçinin regional əməkdaşlıq məsələləri müzakirə olunub.
BAKI, 21 noyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin liderlərinin sammiti dekabrın 9-da Qırğız Respublikasının paytaxtı Bişkekdə keçiriləcək.
Bu barədə Qızğızıtsan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Qırğızıstan və Qazaxıstan liderləri Sadır Japarov və Kasım-Jomart Tokayev arasında telefon danışığı zamanı sammitə hazırlıq, həmçinin regional əməkdaşlıq məsələləri müzakirə olunub.
Avrasiya İqtisadi İttifaqı regional iqtisadi inteqrasiya üçün beynəlxalq təşkilatdır. Aİİ malların, habelə xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst fəaliyyətini və iqtisadiyyatın sektorlarında əlaqələndirilmiş və vahid siyasətin aparılmasını təmin edir. Avrasiya İqtisadi İttifaqına Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.
Xəbər lenti
0