Церемония Открытия чемпионата мира по футболу 2022 в Катаре - Sputnik Azərbaycan, 1920
DÇ-2022
Qətərdə keçirilmiş futbol üzrə dünya çempionatı

Qətərdə dünya çempionatının ilk oyunu keçirilib

© AP Photo / Manu FernandezEkvador futbolçularının qol sevinci
Ekvador futbolçularının qol sevinci - Sputnik Azərbaycan, 1920, 20.11.2022
Abunə olmaq
Qətərdə futbol üzrə XXII dünya çempionatı start götürüb.
BAKI, 20 noyabr - Sputnik. Qətərdə futbol üzrə XXII dünya çempionatı açılış oyunu başa çatıb.
İlk oyundan meydan sahibləri Ekvador yığması ilə qarşılaşıb.
"Əl-Bayt" stadionunda keçirilən A qrupunun görüşünü italiyalı FIFA referisi Daniele Orsato idarə edib.
3-cü dəqiqədə ekvadorlu Enner Valensiyanın vurduğu qolu hakim hesaba almayıb. 16-cı dəqiqədə Enner Valensiya penaltidən çempionatın ilk qolunu vuraraq Ekvadoru önə çıxarıb - 1:0. 31-ci dəqiqədə Enner Valensiya dubl edib - 2:0. İlk hissə bu hesabla başa çatıb.
İkinci hissədə qapılara top vurulmayıb. Beləliklə, çempionatın ilk görüşü Ekvadorun qələbəsi ilə bitib.
A qrupunda növbəti oyun sabah Seneqal və Niderland milliləri arasında olacaq. Sabah həmçinin B qrupunun İngiltərə-İran və ABŞ-Uels qarşılaşmaları da keçiriləcək.
Xəbər lenti
0