Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

DÇ-2022: Qətərdə idman həyəcanı başlanır

© Sputnik / Евгений Одиноков / Mediabanka keçid2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının emblemi
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının emblemi - Sputnik Azərbaycan, 1920, 20.11.2022
Abunə olmaq
2022-ci ilin FİFA Dünya Kuboku noyabrın 20-də başlayacaq və dekabrın 18-də başa çatacaq.
BAKI, 20 noyabr - Sputnik. Bu gün Qətərdə futbol üzrə 2022-ci il Dünya Çempionatının final mərhələsinin oyunları başlanacaq. Çempionatın oyunlarına hər qrupda 4 komanda olmaqla 8 qrupda start veriləcək. Qrup mərhələsinin oyunları dekabrın 2-də başa çatacaq.
Dekabrın 3-dən 6-dək 1/8 final oyunları keçiriləcək, bundan sonra Dünya Çempionatında oyunlara üç günlük fasilə veriləcək.
Dörddəbir final görüşləri dekabrın 9-da və 10-da, yarımfinal görüşləri dekabrın 13-cü və 14-də, üçüncü yer uğrunda matç dekabrın 17-də, final isə dekabrın 18-də keçiriləcək.
Pley-off mərhələsinin oyunlarından sonra mundiala vəsiqə qazanan komandalar bu şəkildə qruplarda mübarizə aparacaqlar:
A qrupu: Qətər, Ekvador, Seneqal, Niderland,
B qrupu: İngiltərə, İran, ABŞ, Uels,
C qrupu: Argentina, Səudiyyə Ərəbistanı, Meksika, Polşa,
D qrupu: Fransa, Avstraliya, Danimarka, Tunis,
E qrupu: İspaniya, Kosta-Rika, Almaniya, Yaponiya,
F qrupu: Belçika, Kanada, Mərakeş, Xorvatiya,
G qrupu: Braziliya, Serbiya, İsveçrə, Kamerun,
H qrupu: Portuqaliya, Qana, Uruqvay, Cənubi Koreya.
Turnirin Qətər və Ekvador milli komandaları arasında keçiriləcək açılış matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Xəbər lenti
0