Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan paytaxtı “Beynəlxalq Qadın Sosial Sahibkarlıq Forumu”na ev sahibliyi edəcək

© pixabay / JillWellingtonİşgüzar xanım, arxiv şəkli
İşgüzar xanım, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.11.2022
Abunə olmaq
Foruma hazırlıq çərçivəsində Azərbaycan, Rusiya və Almaniyadan iştirakçılar ilkin tanışlıq prosesindən keçib.
BAKI, 19 noyabr - Sputnik. Gələn ilin fevralın 8-9-da Bakıda keçirilməsi planlaşdırılan “Beynəlxalq Qadın Sosial Sahibkarlıq Forumu” çərçivəsində iştirakçılarla görüş keçirilib. Bu barədə Azərtac-a Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasından (AQSİA) bildirilib.
© Photo : AZƏRTACBakıda “Beynəlxalq Qadın Sosial Sahibkarlıq Forumu”
Bakıda “Beynəlxalq Qadın Sosial Sahibkarlıq Forumu” - Sputnik Azərbaycan, 1920, 19.11.2022
Bakıda “Beynəlxalq Qadın Sosial Sahibkarlıq Forumu”
Qeyd olunur ki, Assosiasiyanın İdarə Heyətinin sədri Səkinə Babayeva “Beynəlxalq Qadın Sosial Sahibkarlıq Forumu”nun ölkəmizdə yeni layihələrin beynəlxalq tərəfdaşlarla keçirilməsi üçün yaxşı fürsət olduğunu söyləyib.
Bildirib ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”ni əhatə edən layihələrin keçirilməsində hər zaman maraqlıdır.
© Photo : AZƏRTACBakıda “Beynəlxalq Qadın Sosial Sahibkarlıq Forumu”
Bakıda “Beynəlxalq Qadın Sosial Sahibkarlıq Forumu” - Sputnik Azərbaycan, 1920, 19.11.2022
Bakıda “Beynəlxalq Qadın Sosial Sahibkarlıq Forumu”
Görüş zamanı Azərbaycan, Rusiya və Almaniyadan iştirakçılar ilkin tanışlıq prosesindən keçib, maraqlı işgüzar oyun və seminarlar keçirilib.
Layihə Almaniya Xarici İşlər Nazirliyi tərəfindən “Şərq Tərəfdaşlığı və Rusiya proqramı” çərçivəsində dəstəklənir.
Xəbər lenti
0