SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Albaniya və Keniyada da səfirlik açır

© AFP 2023 / GENT SHKULLAKUTirana şəhərinə mənzərə, arxiv şəkli
Tirana şəhərinə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.11.2022
Abunə olmaq
Azərbaycanın Albaniyadakı səfirliyi paytaxt Tiranada, Keniyadakı səfirliyi isə Nayrobi şəhərində yerləşəcək.
BAKI, 18 noyabr — Sputnik. Azərbaycanın Albaniya və Keniyada səfirlik açılması ilə bağlı qanun layihəsi Milli Məclisdə qəbul edilib.
Bununla bağlı qanun layihələri parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Layihələr barədə qanunverici orqanın Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.
Layihəyə əsasən, Azərbaycanın Albaniyadakı səfirliyi paytaxt Tiranada, Keniyadakı səfirliyi isə Nayrobi şəhərində yerləşəcək.
Azərbaycan BMT-nin Nayrobi bölməsində Daimi Nümayəndəlik açır
Həmçinin iclasda "Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında" qanun layihəsi də müzakirəyə çıxarılıb.
Qanun layihələri müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.
Qeyd edək ki, Milli Məclis noyabrın 18-də Azərbaycanın İsraildə səfirlik açmasına razılıq verib.
Bundan başqa, Azərbaycan Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisi təsis edilib.
Xəbər lenti
0