Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalı milyarderdən neft qiymətləri ilə bağlı açıqlama

© AFP 2023 / DELIL SOULEIMANNeft buruğu, arxiv şəkli
Neft buruğu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.11.2022
Abunə olmaq
ABŞ-ın 31 trilyon dollarlıq dövlət borcunun olduğu şəraitdə neftin qiymət həddi ilə fəaliyyət göstərmək getdikcə daha çətin olacaq, bundan heç nə çıxmayacaq.
BAKI, 17 noyabr — Sputnik. Rusiyalı milyarder Oleq Deripaska hesab edir ki, dövlət borcunun 31 trilyon dollar olduğu bir şəraitdə Amerika Birləşmiş Ştatları heç vaxt Rusiya neftinin qiymətlərinin məhdudlaşdırılmasını işə sala bilməyəcək.
G7 ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) maliyyə nazirləri sentyabr ayında sanksiyaların genişləndirilməsi çərçivəsində Rusiya neftinə qiymət məhdudiyyətləri tətbiq etmək niyyətlərini təsdiqləyiblər.
Avropa İttifaqı oktyabrın əvvəlində Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini təqdim edib. Bu da Rusiya neftinin üçüncü ölkələrə daşınması üçün qiymət həddinin müəyyən edilməsi üçün qanunvericilik bazasını ehtiva edir. Qiymət limitinin neft üçün 2022-ci il dekabrın 5-dən, neft məhsulları üçün isə 2023-cü il fevralın 5-dən tətbiq ediləcəyi planlaşdırılır.
Deripaska "Telegram" kanalında yazıb ki, ABŞ-ın 31 trilyon dollarlıq dövlət borcunun olduğu şəraitdə neftin qiymət həddi ilə fəaliyyət göstərmək getdikcə daha çətin olacaq, bundan heç nə çıxmayacaq. Bloomberg agentliyinin Çin Xalq Respublikasının sədri Xi Jinpinqin " üzünü PutindənQərbə çevirdiyi" iddia edilir. Müəllifin orfoqrafiya və durğu işarələri qorunub saxlanılmışdır.
Rusiya prezidenti Vladimir Putin Qərbin Rusiyanın enerji resurslarının qiymətlərini məhdudlaşdırmaq fikrini şərh edərkən bəyan edib ki, əgər bu, öz maraqlarına zidd olarsa, Rusiya xaricə heç nə tədarük etməyəcək. Baş nazirin müavini Aleksandr Novak da öz növbəsində Rusiyanın qiymət həddi təyin edən ölkələrə neft tədarük etməyəcəyinə işarə edib. Onun sözlərinə görə, bu cür məhdudiyyətlər bazar alətlərinə müdaxilədir və Rusiya bazar şərtləri ilə işləməyə hazır olan istehlakçılarla işləməyə hazırdır.
Xəbər lenti
0