CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərbaycan Dəmir Yolları" qatarların gecikməsi məsələsinə aydınlıq gətirib

© Official website of President of Azerbaijan RepublicPirşağı dəmir yolu stansiyası
Pirşağı dəmir yolu stansiyası - Sputnik Azərbaycan, 1920, 17.11.2022
Abunə olmaq
Güzdək istiqamətində yaranmış texniki nasazlıq səbəbindən Sumqayıt-Xırdalan-Bakı xətti üzrə hərəkət edən qatarların qrafikində də qismən gecikmələr baş verib
BAKI, 17 noyabr — Sputnik. Bu gün səhər saatlarında Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlarda gecikmələr müşahidə olunub.
"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, səhər saatlarında sərnişin qatarları Sabunçu stansiyası istiqamətində hərəkət edən zaman idarəetmə tablosunu qidalandıran elektrik kabelinə kənar şəxslər tərəfindən müdaxilə olunub. Nəticədə xətdə qısaqapanma yaranıb, gərginlik kəsilib və qatarların hərəkət qrafikində qismən gecikmələr baş verib. Çətinlik tez bir zamanda aradan qaldırılıb və qatarların hərəkət qrafiki bərpa edilib.
Bundan başqa, Güzdək istiqamətində yaranmış texniki nasazlıq səbəbindən Sumqayıt-Xırdalan-Bakı xətti üzrə hərəkət edən qatarların qrafikində də qismən gecikmələr baş verib. Texniki nasazlıq qısa müddət ərzində aradan qaldırılıb və qatarların qrafik üzrə hərəkəti bərpa edilib.
Yaranmış hər iki hadisə ilə bağlı müvafiq araşdırma aparılır.
Xəbər lenti
0