Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xırdalanda yaşayış binasındakı partlayışla bağlı məlumat

© Photo : AZERTAGAbşeron rayonu, Xırdalan şəhərində
Abşeron rayonu, Xırdalan şəhərində - Sputnik Azərbaycan, 1920, 16.11.2022
Abunə olmaq
İlkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayış baş verib.
BAKI, 16 noyabr - Sputnik. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
© Photo : AZERTAGAbşeron rayonu, Xırdalan şəhərində
Abşeron rayonu, Xırdalan şəhərində - Sputnik Azərbaycan, 1920, 16.11.2022
Abşeron rayonu, Xırdalan şəhərində
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı AAAF Park Yaşayış Kompleksində ondördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzildə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə nəticəsində, ilkin məlumata əsasən, 3 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib, partlayış dalğasının zərbəsindən həyətdə park edilmiş 2 avtomobilə ziyan dəyib.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Xəbər lenti
0