Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Millimiz Moldova komandasını məğlub edib

© AFP 2023 / OZAN KOSEFutbol topları, arxiv şəkli
Futbol topları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2022
Abunə olmaq
Hazırkı qarşılaşma komandalar arasında sayca 12-ci oyundur. Əvvəlki 11 görüşün 2-də Azərbaycan, 4-də Moldova qələbə qazanıb.
BAKI, 16 noyabr - Sputnik. Azərbaycan millisi bu gün növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Canni de Byazinin yetirmələri Moldova ilə yoldaşlıq görüşünə çıxıb.
Son üç matçında qələbələri sıralayan yığmamız uğurlu seriyanı Kişinyovda da davam etdirib. “Zimbru” stadionunda baş tutan qarşılaşmada rəqibini 2:1 hesabı ilə məğlub edən Canni de Byazinin yetirmələri ardıcıl 4-cü qalibiyyətinə sevinib.
Qeyd edək ki, millimiz noyabrın 20-də növbəti yoldaşlıq görüşü çərçivəsində Şimali Makedoniya ilə üz-üzə gələcək.
Yoldaşlıq oyunu
16 noyabr
21:00. Moldova – Azərbaycan - 1:2
Qollar:
Nikita Motspan, 90+2 - Emin Mahmudov, 28, Aleksey İsayev, 42
***
Futbol üzrə Moldova və Azərbaycan milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyununda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda Azərbaycan millisi fərqlənib.
Kişineudakı “Zimbru” stadionunda oynanılan matçın 28-ci dəqiqəsində Emin Mahmudov yığmamızı hesabda önə keçirib – 1:0.
***
Futbol üzrə Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyununa çıxıb. Azərtac xəbər verir ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda millimizin rəqibi Moldova yığmasıdır.
Kişineudakı “Zimbru” stadionunda oynanılan matçda millimizin start heyətində meydana Şahruddin Məhəmmədəliyev, Höccət Haqverdi, Emin Mahmudov, Ramil Şeydayev, Bəxtiyar Həsənəlizadə, Anton Krivotsyuk, Elvin Cəfərquliyev, Riçard Almeyda, Ozan Can Kökçü, Aleksey İsayev və Musa Qurbanlı çıxıblar.
Rəqib komandanın start heyətində Dmitri Çelyadnik, Oleq Ryabçuk, İqor Armaş, Artur Yonitse, Yevgeni Koçuk, Vitali Damașkan, Mixail Kaymakov, Yuri Yovu, Daniel Dumbravanu, Yoan-Kelin Revenko və Vadim Ratse yer alıblar.
Qarşılaşmanı ukraynalı FIFA referisi Denis Şurman idarə edir.
Bu, komandalar arasında sayca 12-ci oyundur. Əvvəlki 11 görüşün 2-də Azərbaycan, 4-də Moldova qələbə qazanıb. Beş matçda isə qalib müəyyənləşməyib.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də isə Şimali Makedoniyanın qonağı olacaq.
Xəbər lenti
0