Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sabah yağışlı hava davam edəcək

© Sputnik / Murad OrujovBakıda yağışlı hava, arxiv şəkli
Bakıda yağışlı hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.11.2022
Abunə olmaq
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
BAKI, 15 noyabr — Sputnik. Noyabrın 16-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-14° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-5° isti olacaq.
Xəbər lenti
0