Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qana yığması Qətərdə keçiriləcək dünya çempionatına forma aparmağı unudub

ЧМ 2014: Россия, Португалия и Гана покидают турнир
ЧМ 2014: Россия, Португалия и Гана покидают турнир - Sputnik Azərbaycan, 1920, 15.11.2022
Abunə olmaq
Qana Futbol Federasiyası formaların ilk oyuna kimi çatdırılmayacağından ehtiyat edir.
BAKI, 15 noyabr - Sputnik. Futbol üzrə Qana milli komandası bu il Qətərdə keçiriləcək dünya çempionatına forma aparmağı unudub.
Bu barədə jurnalist Mark Şuamo sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, geyim dəstləri futbolçulara poçt vasitəsilə göndəriləcək. Qana Futbol Federasiyası formaların ilk oyuna kimi çatdırılmayacağından ehtiyat edir.
Qeyd edək ki, Qana seçməsi noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq dünya çempionatında Portuqaliya, Uruqvay və Cənubi Koreya ilə birlikdə H qrupunda mübarizə aparacaq. Afrika təmsilçisi ilk matçını noyabrın 24-də Portuqaliyaya qarşı keçirəcək.
Xəbər lenti
0