Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Dünya Kuboku: Azərbaycan millisi bu gün finalda İranla üz-üzə gələcək

© Photo : Facebook / United World WrestlingAzərbaycan güləşçisi, arxiv şəkli
Azərbaycan güləşçisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.11.2022
Abunə olmaq
İran kollektivi A qrupunda Türkiyə və Qırğızıstandan güclü olub.
BAKI, 6 noyabr - Sputnik. Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq.
"Report"un məlumatına görə, yarışın sonuncu günündə mükafatçılar bəlli olacaq.
İlk olaraq üçüncü yer uğrunda görüşdə Türkiyə və dünya yığması üz-üzə gələcək. Bu qarşılaşmanın ardından Azərbaycan və İran milliləri qızıl medal üçün xalçaya çıxacaq.
Azərbaycan komandası B qrupunda dünya yığmasına qalib gəlib. Serbiya seçməsi koronavirusa kütləvi yoluxma ucbatından yarışa qatılmadığı üçün texniki məğlubiyyət alıb.
İran kollektivi isə A qrupunda Türkiyə və Qırğızıstandan güclü olub.
Xəbər lenti
0