SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Naxçıvanın statusunun ləğvini istəyənlər Ermənistan və Fransa dəyirmanına su tökürlər"

© Sputnik / Murad OrujovSiyavuş Novruzov
Siyavuş Novruzov - Sputnik Azərbaycan, 1920, 05.11.2022
Abunə olmaq
Milli Məclisin sədri Sahibə Qafarova vurğulayıb ki, Naxçıvanın statusuna heç kimin şübhəsi yoxdur və mətbuatda çox şey yazıla bilər.
BAKI, 5 noyabr - Sputnik. “Bu gün Azərbaycanda erməni təbliğatına və erməni dəyirmanına su tökən qruplar var”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, bu gün bəzi şəxslər Naxçıvan Muxtar Respublikasının statusunun ləğv olunması məsələsini ortaya atıblar:
"Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin imzalanması və digər vacib məsələlərlə bağlı iş gördüyü vaxtda belə bir mövzunun ortaya atılması doğru deyil. Bunu edənlər Ermənistan və Fransa dəyirmanına su tökən, suyu bulandıran şəxslərdir. Həmin qüvvələrə qarşı kəskin mövqe ortaya qoyulmalıdır".
Siyavuş Novruzov qeyd edib ki, Qars müqaviləsində Naxçıvanın statusu müəyyən olunub və 5 ölkə Naxçıvanın təhlükəsizliyinə zəmanət verib.
"Statusu götürməklə nə güdürlər və düşünürlər? Bununla hansı azərbaycançılıq və millətçilikdən danışmaq olar? Status nə etnik, nə də millidir, sadəcə, siyasidir. Naxçıvan Azərbaycandan ayrı düşdüyündən idarəetmə mexanizminin yüngülləşdirilməsi üçün muxtar status verilib. Dünya təcrübəsində də belə faktlar var. Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olanda da AXCP-Müsavat cütlüyü Naxçıvanın statusunun ləğv edilməsinə və Ermənistana təhvil verilməsinə cəhd göstərdi. Lakin ümummilli lider bunun qarşısını aldı. Bütün bunların bu gün gündəmə gəlməsi həmin cütlüyün tör-töküntüsünün işidir. Milli Məclisin hər bir deputatı bu məsələyə mövqe bildirməlidir. Əgər status ləğv olunacaqsa, referendum keçirilməlidir. Prezident də referendum təyin edə bilər. Beynəlxalq müqavilə daxili qanunlardan üstündür. İllərdir blokada şəraitində yaşayan və inkişaf edən Naxçıvana qarşı aparılan belə təxribatlara son qoyulmalıdır. Çünki Naxçıvanın statusu yerindədir. Bunu Heydər Əliyev də təsdiqləyib. Başqaları da suyu bulandırmasın”.
Spiker Sahibə Qafarova isə vurğulayıb ki, Naxçıvanın statusuna heç kimin şübhəsi yoxdur və mətbuatda çox şey yazıla bilər.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov də deyib ki, Naxçıvan Muxtar Respublikası ilə bağlı qeyd olunan məsələ heç bir hüquqi əsasa malik deyil.
Xəbər lenti
0