Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Nazir: Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi büdcədə əsas prioritetlərdəndir

© Sputnik / Murad OrujovМинистр финансов Самир Шарифов
Министр финансов Самир Шарифов - Sputnik Azərbaycan, 1920, 03.11.2022
Abunə olmaq
Milli Məclisdə "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə edilib
BAKI, 3 noyabr — Sputnik. 2023-cü ilin dövlət büdcəsində Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi, sosial-iqtisadi inkişaf, Qarabağ və Şərqi Zəngəzurun inkişafı, azad edilmiş ərazilərə Böyük Qayıdış kimi strateji çağırışlar əksini tapıb.
Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev ölkəmizin müdafiə qabiliyyətinin daha da yüksəldilməsini əsas prioritetlər sırasına daxil edib. Prezident İlham Əliyevin Cənubi Qafqazda sülhün bərpası üçün davamlı səylərinə baxmayaraq, Ermənistanın havadarlarının dəstəyi ilə yenidən silahlandırılması cəhdləri, ölkəmizə qarşı səngiməyən təxribatları müzəffər Ordumuzun daha da gücləndirilməsini şərtləndirir.
Qeyd edək ki, işğaldan azad edilən ərazilərin bərpası və böyük qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir. Bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur. 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3,0 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.
Bundan başqa, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulmuşdur ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur.
Xəbər lenti
0