Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı müğənni "Altın Kelebek"dən imtina etdi

© Photo : Altın Kelebek ÖdülleriAltın Kelebek
Altın Kelebek - Sputnik Azərbaycan, 1920, 02.11.2022
Abunə olmaq
Son illərin ən məşhur ulduzlarından olan müğənni Hiss Türkiyənin nüfuzlu "Altın Kelebek" mükafatlandırma mərasiminə qatılmayacaq.
BAKI, 2 noyabr — Sputnik. Müğənni Hiss yenə "Altın Kelebek"dən imtina etdi. Gənc ulduz Türkiyənin nüfuzlu "Altın Kelebek" mükafatlandırma mərasiminə qatılmayacaq. Bu barədə müğənninin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətindən verilən məlumata görə, sənətçi albom hazırlıqları ilə bağlı sözügedən tədbirdən imtina qərarına gəlib:
"Bu ay Hiss Dubaya səfəri gözlənilir. Bundan başqa, bir albom üzərində işləyir. Ona görə də həmin mərasimdən imtina edib. Ötən il də mükafatlandırma gecəsinə namizədliyindən çəkilmişdi. Bunun da xüsusi bir səbəbi yox idi. Sadəcə həmin vaxt da bir layihə üzərində işlədiyimizə görə, mərasimdən imtina etdik".
Məlumat üçün bildirək ki, "Altın Kelebek" mükafatlandırma mərasimi dekabrın 4-də baş tutacaq.
Xəbər lenti
0