Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin KTMT ölkələri liderlərinin görüşündə iştirak edir

© Sputnik / POOL / Mediabanka keçidKTMT-yə üzv dövlətlərin liderləri iclas zamanı
KTMT-yə üzv dövlətlərin liderləri iclas zamanı - Sputnik Azərbaycan, 1920, 28.10.2022
Abunə olmaq
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan tərəfi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı KTMT liderlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edəcək.
BAKI, 28 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin KTMT ölkələri liderlərinin videobağlantı vasitəsilə görüşündə iştirak edir.
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan tərəfi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı KTMT liderlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edəcək. KTMT Kollektiv Təhlükəsizlik Şurasının cümə günü keçiriləcək növbədənkənar sessiyasında Ermənistana yardım tədbirləri, eləcə də təşkilatın missiyasının işinin nəticələri müzakirə olunacaq.
Ötən gün prezident Putin "Valday" diskussiya klubunun iclasında çıxışı zamanı bildirmişdi ki, Rusiya Azərbaycanla sülh müqaviləsinin parametrləri ilə bağlı erməni xalqının istənilən seçiminə dəstək verəcək. O əlavə edib ki, əgər erməni xalqı və Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağın özünəməxsus xüsusiyyətləri var, bu xüsusiyyətlər nəzərə alınmalı və hansısa yolla gələcək sülh müqaviləsində bu, müzakirə edilməlidir, bu da mümkündür.
Paşinyan isə bildirib ki, Ermənistan Rusiya tərəfindən təklif edilən prinsiplər əsasında Azərbaycanla nizamlanma üzərində işləməyə razıdır və bunu oktyabr 31-də Soçidə Rusiya Federasiyası və Azərbaycan liderləri Vladimir Putin və İlham Əliyevlə planlaşdırılan görüşdə təsdiqləməyə hazırdır.
Xəbər lenti
0