Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Hərbi Dəniz Qüvvələrində komando kursu keçirilir

© AR Ministry of Defence“Dəniz təməl komando kursu” keçirilir
“Dəniz təməl komando kursu” keçirilir  - Sputnik Azərbaycan, 1920, 27.10.2022
Abunə olmaq
Kurs müddətində iştirakçılarla hərbi topoqrafiya, dağçılıq, atəş hazırlığı, fiziki hazırlıq və digər fənlər üzrə məşğələlər keçirilir.
BAKI, 27 oktyabr — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrində "Dəniz təməl komando kursu" keçirilir.
MN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, plana uyğun olaraq hərbi qulluqçulara mühəndis-istehkam hazırlığı üzrə partlayıcı qurğuların xüsusiyyətləri, həmçinin onlardan istifadə qaydaları nəzəri və praktiki şəkildə öyrədilir.
Bundan başqa, kurs müddətində iştirakçılarla hərbi topoqrafiya, dağçılıq, atəş hazırlığı, fiziki hazırlıq və digər fənlər üzrə məşğələlər keçirilir.
"Dəniz təməl komando kursu"nu bitirən hərbi qulluqçulara sertifikatlar təqdim ediləcək.
Xatırladaq ki, bir müddət öncə Türkiyə Respublikasının Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi taborlarının sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) bölmələri ilə Türkiyə HDQ xüsusi təyinatlı bölmələrinin birgə təlimi başa çatıb.
Xəbər lenti
0