Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan Çempionlar Liqasında erməni təxribatına etiraz edəcək

© Sputnik / Murad OrujovAFFA, arxiv şəkli
AFFA, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.10.2022
Abunə olmaq
AFFA "RB Leypsiq" - "Real Madrid" matçında baş verən hadisə bağlı UEFA-ya müraciət etmək üçün sənədlər toplayır.
BAKI, 26 oktyabr — Sputnik. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Çempionlar Liqası matçında erməni təxribatı ilə əlaqədar Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) etiraz məktubu göndərəcək.
Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunda Almaniyanın eyniadlı şəhərində keçirilən "RB Leypsiq" (Almaniya) və "Real Madrid" (İspaniya) klubları arasında baş tutan oyunda bir qrup azarkeş mövcud olmayan qondarma "DQR"in bayrağını asıblar.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mətbuat xidmətinin rəhbəri Firuz Abdulla bildirib ki, AFFA erməni təxribatı ilə bağlı UEFA-ya etiraz etmək niyyətindədir. Hazırda assosiasiya Avropa futbol strukturuna hüquqi müraciət üçün sənədlər toplayır.
Onu da əlavə edək ki, "Leyptsiq" – " Real Madrid " klubları arasında baş tutan matç ev sahibi komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Xəbər lenti
0