DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Trampın siyasətə qayıtması Ukraynadakı vəziyyəti dəyişə bilər

© AP Photo / John RaouxДональд Трамп, фото из архива
Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.10.2022
Abunə olmaq
Politoloq Robert Farl bildirib ki, Tramp Rusiya Prezidenti Vladimir Putinlə mehriban münasibətdə olub.
BAKI, 25 oktyabr — Sputnik. ABŞ-ın keçmiş Prezidenti Donald Trampın siyasi arenaya qayıdışı Vaşinqtonun Ukraynaya dəstək kursunu dəyişə bilər. Bu fikri politoloq Robert Farli "19FortyFive" üçün yazdığı məqaləsində bildirib.
Müəllif qeyd edir ki, Tramp Rusiya Prezidenti Vladimir Putinlə xoş münasibətdə olub.
Farli bildirib ki, keçmiş ABŞ liderinin xarici siyasətinə gəlincə, o, hələ də Respublikaçılar partiyasının özündə bir çoxlarının fikirləri ilə ziddiyyət təşkil edir.
Eyni zamanda, politoloq onu da əlavə edib ki, Tramp məhkəmədə uğur qazanarsa, prezidentlik yarışında iştirak edə bilər.
Bundan əvvəl Donald Tramp bildirib ki, o, ABŞ-ın lideri olaraq qalsaydı, Ukraynadakı münaqişənin indiki miqyasda böyüməsinə imkan verməzdi. Amerika Prezidenti Co Bayden administrasiyasının ritorikası isə Ukraynada xüsusi hərbi əməliyyat başlanmasına səbəb olub.
Xəbər lenti
0