CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinənlər həbs edildilər

© AFP 2023 / RODGER BOSCHNarkotik
Narkotik - Sputnik Azərbaycan, 1920, 23.10.2022
Abunə olmaq
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri saxlanılıblar.
BAKI, 23 oktyabr — Sputnik. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri - Vaqif Nadirov, Ruslan Əhmədov və Mehman Süleymanov saxlanılıblar. Onların üzərinə baxış keçirilən zaman güclü təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Bərdə RPŞ-də cinayət işləri başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, "Xaşxaş-2022" şərti adı altında Dövlət Sərhəd Xidməti tərəfindən aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birgə cari ilin aprel-oktyabr ayları ərzində Lerik, Qazax, Yardımlı, Zaqatala, Qax, Qubadlı və Zəngilan rayonlarının sərhədyanı ərazisində keçirilmiş tədbirlər nəticəsində 24,6 hektar sahədən yabanı halda bitən 5768 kq xaşxaş (21977 ədəd) və 8804 kq çətənə kolları (28099 ədəd) müvafiq qaydada məhv edilib.
Xəbər lenti
0