QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Zəngilan hava limanına ilk mülki təyyarə reysi həyata keçirilib

© Official website of President of Azerbaijan RepublicZəngilan Beynəlxalq Hava Limanı
Zəngilan Beynəlxalq Hava Limanı - Sputnik Azərbaycan, 1920, 22.10.2022
Abunə olmaq
Reysin sərnişinləri “Zəfər yürüşü” idman yarışında iştirak edəcək idmançılar və media nümayəndələri olub.
BAKI, 22 oktyabr - Sputnik. Bu gün Zəngilan Beynəlxalq Hava Limanına ilk mülki təyyarə reysi həyata keçirilib.
Uçuş "Buta Airways"-in “Khankendi” təyyarəsi ilə baş tutub.
Reysin sərnişinləri “Zəfər yürüşü” idman yarışında iştirak edəcək idmançılar və media nümayəndələri olub.
Zəngilan rayonunun Ağalı kəndində keçirilən “Zəfər yürüşü” turnirinin triatlon yarışının qalibləri bəlli olub.
"Report"un məlumatına görə, yarışda birinci yeri Toğrul Məmmədli tutub.
O, üzgüçülük, velosiped və qaçış etaplarını bütün iştirakçılardan öndə bitirərək qalib adını qazanıb.
İkinci yerin sahibi isə Cəfər Məmmədov olub. İlk üçlüyü Cəlal Hüseynov qapayıb.
Qeyd edək ki, triatlon yarışında idmançılar 300 metr məsafəyə üzgüçülük, 10 km velosiped sürmə və 2 km qaçış etaplarında mübarizə aparırlar.
Президент Ильхам Алиев и Президент Реджеп Тайип Эрдоган приняли участие в церемонии открытия Зангиланского международного аэропорта - Sputnik Azərbaycan, 1920, 20.10.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub
Xəbər lenti
0