DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə MN: Kənd təsərrüfatı məhsulları daşıyan 9 gəmi Ukrayna limanlarını tərk edib

© Sputnik Максим Дурнев / Mediabanka keçidRazoni
Razoni  - Sputnik Azərbaycan, 1920, 21.10.2022
Abunə olmaq
İyulda İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü üçün sənədlər paketi imzalanıb. Rusiya ilə BMT arasında imzalanmış memorandum kənd təsərrüfatı məhsullarının ixracına mane olan məhdudiyyətlərin aradan qaldırılmasında BMT-nin iştirakını nəzərdə tutur.
BAKI, 21 oktyabr — Sputnik. Taxıl sazişinin icrası çərçivəsində oktyabrın 20-21 tarixlərində kənd təsərrüfatı məhsulları daşıyan 9 gəmi Ukrayna limanlarını tərk edib. Bu barədə Türkiyə Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb.
"Taxıl ixracı planlı və təhlükəsiz formada həyata keçirilir. Dünən və bu gün kənd təsərrüfatı məhsulları daşıyan 9 gəmi Ukrayna limanlarını tərk edib", - deyə Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, 20 oktyabrda dəniz taxıl dəhlizi ilə Ukraynadan 8 milyon tondan çox kənd təsərrüfatı məhsulları ixrac edilib.
Eyni zamanda, tədarüklərin 62%-i Avropa, 19,5%-i Asiya, 13%-i Afrika və 5,3%-i Yaxın Şərq ölkələrinin payına düşüb.
Qeyd edək ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Rusiya Federasiyası ilə BMT arasında memorandumda kənd təsərrüfatı məhsulları və gübrələrin ixracına mane olan Rusiya əleyhinə məhdudiyyətlərin aradan qaldırılması işinə BMT-nin cəlb edilməsi nəzərdə tutulur.
Sazişlərdən digəri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığı və təxribatların qarşısını almaq və taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub.
Xəbər lenti
0