CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yevlax sakini külli miqdarda narkotiklə saxlanılıb

© AR Ministry of Internal AffairsAşkar olunmuş narkotik vasitələr, arxiv şəkli
Aşkar olunmuş narkotik vasitələr, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.10.2022
Abunə olmaq
Aparılan şəxsi axtarış zamanı Rövşən Əliyevin əlindəki sellofan torbadan 2 kiloqram 205 qram marixuana aşkar olunaraq götürülüb.
BAKI, 20 oktyabr — Sputnik. Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Rövşən Əliyev saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, aparılan şəxsi axtarış zamanı onun əlindəki sellofan torbadan 2 kiloqram 205 qram marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, "Xaşxaş-2022" şərti adı altında Dövlət Sərhəd Xidməti tərəfindən aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birgə cari ilin aprel-oktyabr ayları ərzində Lerik, Qazax, Yardımlı, Zaqatala, Qax, Qubadlı və Zəngilan rayonlarının sərhədyanı ərazisində keçirilmiş tədbirlər nəticəsində 24,6 hektar sahədən yabanı halda bitən 5768 kq xaşxaş (21977 ədəd) və 8804 kq çətənə kolları (28099 ədəd) müvafiq qaydada məhv edilib.
Xəbər lenti
0