CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yetkinlik yaşına çatmamış qadınların boşanması ilə bağlı açıqlama

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidboşanma
boşanma - Sputnik Azərbaycan, 1920, 20.10.2022
Abunə olmaq
Ədliyyə Nazirliyindən bildirilib ki, nikah yaşı azaldılmış və nikaha daxil olmuş 5 şəxsin (qadının) nikahı onlar 18 yaşına çatanadək pozulub.
BAKI, 20 oktyabr — Sputnik. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən ölkəmizdə nikah yaşı 18 yaş müəyyən olunur. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin yerli icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Bu barədə Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, ötən il ərzində yerli icra hakimiyyəti orqanının sərəncamına əsasən nikah yaşı azaldılmış və nikaha daxil olmuş 5 şəxsin (qadının) nikahı onlar 18 yaşına çatanadək pozulub. Onlardan 4 nəfərin nikahı məhkəmə qətnaməsinə əsasən, 1 nəfərin nikahı isə qarşılıqlı razılıq əsasında pozulub.
Xatırladaq ki, Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan "Azərbaycan gəncləri" statistik məcmuəsindəki məlumata görə, ötən il Azərbaycanda ümumilikdə 17191 boşanma qeydə alınıb.
Ötən il 15-29 yaşda olan 3107 kişi boşanıb. Boşanan kişilərdən 2-si 18-19, 421-i 20-24, 2684-ü 25-29 yaşında olub. Ötən il 15-29 yaşda boşanan qadınların sayı 6642 olub. Onlardan 5-i 15-17, 175-i 18-19, 2207-si 20-24, 4255-i 25-29 yaşında olub.
Xəbər lenti
0