DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə ordusu ballistik raketin sınağını keçirib - KİV

© IRANIAN DEFENCE MINISTRY / AFPraket
raket - Sputnik Azərbaycan, 1920, 18.10.2022
Abunə olmaq
Anonim qalmaq istəyən mənbələrə görə, “Tayfun” raketi səhər saat 7:00 radələrində Rizə liman şəhəri yaxınlığındakı hava limanından mobil platformadan buraxılıb.
BAKI, 18 oktyabr — Sputnik. Türkiyə ordusu yaxın mənzilli ballistik raketin sınağını keçirib. Bu barədə "Bloomberg"ə vəziyyətlə tanış olan iki şəxs məlumat verib.
Anonim qalmaq istəyən mənbələrə görə, “Tayfun” raketi səhər saat 7:00 radələrində Rizə liman şəhəri yaxınlığındakı hava limanından mobil platformadan buraxılıb. Raket 561 km uçaraq Qara dənizdə Sinop şəhəri yaxınlarında sahilə düşüb.
Raketin hazırlanması bir neçə il gizli şəkildə həyata keçirilib.
"Bloomberg" qeyd edir ki, Türkiyə hakimiyyəti raketlə bağlı hər hansı məlumat verməkdən imtina edib.
Son illər müdafiə sənayesində sıçrayışlı inkişaf xətti tutan Türkiyə hərbi təyinatlı texnika və avadanlıqlarının ixracatını da genişləndirib.
Türkiyənin "T129 Atak" döyüş və taktiki kəşfiyyat helikopterinə olan maraq artmaqdadır. “Anadolu” Agentliyinin məlumatına görə, "T129 Atak" helikopterini Türkiyədən idxal edən ilk ölkə Filippin olub. Bildirilir ki, Filippinin Hərbi Hava Qüvvələri Türkiyədən iki ədəd "T129 Atak" və bir "C-295" təyyarəsi alaraq silahlı qüvvələrinin arsenalına daxil edib.
Mütəxəssislər hesab edirlər ki, Türkiyə müdafiə sənayesində istehsalını NATO standartlarına uyğun qurduğu üçün onun hərbi təyinatlı məhsullarına maraq sürətlə artmaqdadır.
Xəbər lenti
0