SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Leyla Abdullayeva təyinata görə Azərbaycan Prezidentinə təşəkkür edib

© Sputnik / Murad OrujovLeyla Abdullayeva
Leyla Abdullayeva - Sputnik Azərbaycan, 1920, 17.10.2022
Abunə olmaq
Leyla Abdullayeva: Fransa ilə əlaqələrin inkişafına töhfə vermək üçün əlimdən gələni edəcəyəm
BAKI, 17 oktyabr - Sputnik. “Azərbaycanın Fransadakı səfiri vəzifəsinə təyinata görə Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”.
Bu sözləri Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin edilən Leyla Abdullayeva tviterdə yazıb.
“Bu yüksək etimadı doğrultmaq, Azərbaycan-Fransa münasibətlərinin inkişafına töhfə vermək üçün əlimdən gələni əsirgəməyəcəyəm”, - səfir qeyd edib.
Qeyd edək ki, bu gün Leyla Yaşar qızı Abdullayeva Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Xatırladaq ki, Leyla Abdullayeva Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi idi.
Leyla Abdullayeva 1981-ci ildə Bakıda anadan olub. Əslən Quba rayonu Uzunmeşə kəndindəndir.
Leyla Abdullayeva, XİN, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.10.2022
SİYASƏT
Leyla Abdullayeva Azərbaycanın Fransadakı səfiri vəzifəsinə təyin edilib
Xəbər lenti
0