DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə mədəndə partlayış nəticəsində ölənlərin sayı 40-a çatıb

© AP Photo / Khalil HamraСитуация на угольной шахте в турецкой Амасре, где, в результате взрыва, погибли десятки шахтеров
Ситуация на угольной шахте в турецкой Амасре, где, в результате взрыва, погибли десятки шахтеров - Sputnik Azərbaycan, 1920, 15.10.2022
Abunə olmaq
Bartin bölgəsində oktyabrın 14-də kömür mədənində baş verən partlayışda ölənlərin sayı 40-a çatıb, 110 işçidən 58-i xilas edilib.
BAKI, 15 oktyabr - Sputnik. Türkiyənin Bartin bölgəsində oktyabrın 14-də kömür mədənində partlayışda ölənlərin sayı 40-a çatıb. 110 işçidən 58-i xilas edilib, hazırda axtarış-xilasetmə işləri davam edir.
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Soylu partlayışdan sonra 58 mədənçinin xilas edildiyini, 15 nəfərin xilas edilməsi üçün tədbirlər görüldüyünü qeyd edob.
Türkiyənin Bartin bölgəsində oktyabrın 14-də partlayış baş vermiş kömür mədənində 15 nəfərin xilas edilməsi üçün tədbirlər davam etdirilir.
Bundan əvvəl ölkənin Enerji və təbii ehtiyatlar naziri Fatif Dönməz bildirib ki, mədəndə qalan 15 nəfərin yeri müəyyənləşdirilib.
Xəbər lenti
0