Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

"Gənclik" stansiyası gücləndirilmiş iş rejimində işləyəcək

Metro - Sputnik Azərbaycan, 1920, 12.10.2022
Abunə olmaq
Ağdamın "Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Bakıda Yunanıstanın "Olimpiakos" komandasını qəbul edəcək.
BAKI, 12 oktyabr — Sputnik. Oktyabrın 13-də Bakı metropoliteninin "Gənclik" stansiyasının iş rejimində UEFA Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində "Qarabağ" Futbol Klubunun keçirəcəyi oyunla əlaqədar dəyişikliklər ediləcək.
"Bakı Metropoliteni"ndən verilən məlumata görə, stansiyanın yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyuna tamaşaçı marağı nəzərə alınaraq, metropolitendə sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün bir sıra tədbirlər görüləcək.
Bakı Metropoliteni" QSC-nin müvafiq əməliyyat planına uyğun olaraq, bu arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar stansiyada oyun ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Nəzarət mexanizmləri gücləndirilməklə, stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq və növbətçilik cədvəli hazırlanacaq.
Məlumata görə, ehtiyat tədbirlər "Nəriman Nərimanov" "28 May" stansiyalarında da görüləcək. Zərurət yaranacağı təqdirdə, hazır vəziyyətdə saxlanılacaq ehtiyat qatarlar xəttə buraxılacaq.
Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Bakıda Yunanıstanın "Olimpiakos" komandasını Ağdamın "Qarabağ" klubu qəbul edəcək. Yunanıstanda keçirilən ilk oyunda "Qarabağ" rəqibi üzərində 3:0 hesabı ilə qələbə çalıb.
© Photo : Qarabağ FK"Qarabağ" futbol klubu, arxiv şəkli
Футболисты ФК Карабах - Sputnik Azərbaycan, 1920, 12.10.2022
"Qarabağ" futbol klubu, arxiv şəkli
Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, azarkeşlər stadiona gələrkən əsasən ictimai nəqliyyata üstünlük versinlər:
"Tofiq Bəhramov adına Respublika stadionu ictimai nəqliyyat üçün əlverişlidir. Belə ki, ərazidə metronun "Gənclik" stansiyasının olması avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızın oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərindən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər".
"Bir daha ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə 1 saat əvvəldən gəlməyi tövsiyə edirik", - o vurğulayıb.
Xəbər lenti
0