Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda sərnişin avtobusu "KamAZ"la toqquşub, yaralananlar var

© Photo : REPORTBakıda qəzaya düşən sərnişin avtobusu
Bakıda qəzaya düşən sərnişin avtobusu - Sputnik Azərbaycan, 1920, 12.10.2022
Abunə olmaq
Hadisə yerinə yol polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
BAKI, 12 oktyabr — Sputnik. Bakıda "Əhmədli" metrostansiyasının yaxınlığında sərnişin avtobusu ilə yük maşını toqquşub, yaralananlar var.
Bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Trend-ə bildirib.
Onun sözlərinə görə, 57 saylı xətt avtobusu "KamAZ" markalı yük maşını ilə toqquşub.
Nəticədə avtobusda olan bir neçə sərnişin xəsarət alıb.
Hadisə yerinə yol polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bu gün Gəncədə də avtobusda sərnişin yanıq xəsarətləri alıb. APA-nın məlumatına görə, şəhər sakini Aygün Əliyeva şəhərdaxili marşrut avtobusunda olan zaman istilik sisteminin rezin borusunun partlaması nəticəsində 1-ci dərəcəli yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Xəbər lenti
0