Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Ruhəngiz Qasımova ilə vida mərasimi harada olacaq?

© Photo : From the personal archive of Ruhangiz Gasimova Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova
 Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova - Sputnik Azərbaycan, 1920, 11.10.2022
Abunə olmaq
Oktyabrın 9-da Honkonqda vəfat etmiş bəstəkar sabah Bakıya gətiriləcək və Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn ediləcək.
BAKI, 11 oktyabr — Sputnik. Bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ilə vida mərasiminin keçiriləcəyi yer dəyişdirilib. Bu barədə APA-ya Əməkdar artist Tahir İmanov məlumat verib.
O bildirib ki, mərhum bəstəkarla vida mərasimi sabah 13:00-dan 16:00-dək Təzəpir məscidində olacaq.
Qeyd edək ki, o, bundan əvvəl vida mərasiminin Heydər məscidində keçiriləcəyini bildirmişdi.
Xatırladaq ki, Ruhəngiz Qasımova oktyabrın 9-da Honkonqda vəfat edib. Onun nəşi sabah Bakıya gətiriləcək və Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn ediləcək.
Ruhəngiz Qasımova kimdir?
Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziya və Radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb.
Onlarla populyar mahnının bəstəkarı olan sənətçi daha çox 1960-cı illərdə Xalq artisti Rəşid Behbudovun ifasında "Anacan, dostum evlənir" mahnısı ilə şöhrət qazanıb.
Əsərləri arasında "Quyu" tamaşasına yazdığı musiqi (1995) və "Qızıl oğlan" musiqili nağılı (1999) xüsusi yer tutur.
Ruhəngiz Qasımova həmçinin hekayələr müəllifi kimi də tanınıb.
Hekayələri "Ədəbiyyat və incəsənət" qəzetində, "Azərbaycan", "Ulduz" jurnallarında dərc olunub.
Onun "Babamın muzeyi" adlı kitabı var.
Allah rəhmət eləsin!
Xəbər lenti
0