Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ruhəngiz Qasımovanın ölüm səbəbi bilindi, bəs nəşi nə zaman Bakıya gətiriləcək?

© Photo : APARuhəngiz Qasımova
Ruhəngiz Qasımova - Sputnik Azərbaycan, 1920, 10.10.2022
Abunə olmaq
Diasporla İş üzrə Dövlət Komitəsində mətbuat katibi Vəsilə Vahidqızının verdiyi məlumata görə, Ruhəngiz xanımın nəşinin Azərbaycana gətirilməsi oktyabrın 12-ə planlaşdırılır.
BAKI, 7 oktyabr — Sputnik. Ötən gecə dünyasını dəyişən Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın nəşi Azərbaycana gətiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızının verdiyi məlumata görə, Ruhəngiz xanımın nəşinin Azərbaycana gətirilməsi oktyabrın 12-ə planlaşdırılır:
"Ruhəngiz xanımın vəfatı ilə əlaqədar onun Honkonqda birgə yaşadığı qızı Canana xanımla əlaqə saxladıq. Onun nəşinin Azərbaycana gətirilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsi olaraq bütün lazım olan köməyi göstərməyə hazır olduğumuzu bildirdik. Mərhumun qızı dedi ki, bütün prosedurlar mərhələli şəkildə həyata keçirilir və bir-iki günə yola çıxmağı düşünürük".
V.Vahidqızının sözlərinə görə, Bakıdakı vida və dəfn mərasimin yeri barədə hələlik qərar verilməyib: "Vida mərasiminin vaxtı və dəfn yeri ilə bağlı məsələlər yəqin ki, sabah dəqiqləşəcək".
Bəstəkarın qızı Canana Süleymanlı Ruhəngiz xanımın vəfat səbəbindən də danışıb. Onun sözlərinə görə, bəstəkar on gün idi ki, xəstəxanada yatırdı:
"Anamda böyrək çatışmazlığı var idi. Atamın vəfatı ona çox təsir etmişdi. Atam üçün çox darıxırdı. Və mənə elə gəlir ki, anamın ürəyi partladı, dözmədi".
Xatırladaq ki, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ötən gün Honqkonqda yaşayan qızı Canana Paşa Süleymaninin evində vəfat edib. Sənətkar 82 yaşında dünyasını dəyişib.
Xəbər lenti
0