DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qərb ölkələrinin prezidentləri qışı necə keçirəcəklərini düşünürlər - Ərdoğan

© AP Photo / Vahid SalemiTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.10.2022
Abunə olmaq
Türkiyə Prezidenti bildirib ki, soyuq savaş bitəndən sonra sülh üçün yaranan ümid artıq narahatlıqla əvəz olunub.
BAKI, 10 oktyabr — Sputnik. "Bəzi liderlər Rusiya-Ukrayna müharibəsinə soyuqqanlı yanaşmır".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, soyuq savaş bitəndən sonra sülh üçün yaranan ümid artıq narahatlıqla əvəz olunub: "Qərb ölkələrinin prezidentləri qışı necə keçirəcəklərini düşünürlər. Bizmi belə problemimiz yoxdur".
Ərdoğan deyib ki, gələcəkdə fundamental siyasi dəyişikliklərin baş verəcəyi qaçılmazdır.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Qismən səfərbərlik
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib: "Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.10.2022
DÜNYA XƏBƏRLƏRİ
Rusiya sayəsində Türkiyə enerji problemi yaşamayacaq
Xəbər lenti
0