NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft həftəyə ucuzlaşma ilə başladı

© AFP 2023 / ASAAD NIAZIГаз
Газ - Sputnik Azərbaycan, 1920, 10.10.2022
Abunə olmaq
Neft bazarının iştirakçıları mərkəzi bankların inflyasiyanın qarşısını almaq üçün faizləri daha da artıracağından narahatdırlar.
BAKI, 10 oktyabr — Sputnik. Neft bu həftəni ucuzlaşma ilə başlayıb.
London birjasında "Brent" markalı neftin qiyməti 0,51 dollar azalaraq 92,13 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,55 dollar ucuzlaşaraq 97,37 dollar olub.
Keçən həftənini sonunda Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,1 faiz və ya 3,09 dollar artaraq 102,44 dollar təşkil edib.
Qeyd edək ki, neft bazarının iştirakçıları mərkəzi bankların inflyasiyanın qarşısını almaq üçün faizləri daha da artıracağından narahatdırlar. Bu da neft qiymətlərinə təsir göstərir.
Ötən həftə neft qiymətlərində mart ayından bəri ən sürətli yüksəliş qeydə alınıb. "OPEC plus"un aqressiv hasilatı azaltma qərarı neft qiymətlərini yüksəldib. OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən iclasında 2022-ci ilin noyabrından gündəlik xam neft hasilatının 2 mln. barel azaldılması ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da razılıq verib. Koalisiya bu qərarını qlobal iqtisadiyyatın zəifləməsi nəticəsində neft qiymətlərindəki enişlə əlaqələndirib.
"OPEC plus"un növbəti görüşü cari ilin 4 dekabrına təyin edilib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 dollardan götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Xəbər lenti
0