CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səkkiz ay ərzində narkotiklə əlaqəli 160 qadın cinayət məsuliyyətinə cəlb edilib

© Sputnik / Anar MustafayevQolları qandallı qadın, arxiv şəkli
Qolları qandallı qadın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.10.2022
Abunə olmaq
Ümumilikdə hesabat dövrü ərzində hüquq-mühafizə orqanları tərəfindən 81 cinayətkar qrup zərərsizləşdirilib.
BAKI, 9 oktyabr - Sputnik. Daxili işlər orqanları əməkdaşları tərəfindən cari ilin 8 ayında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqəli 7 min 344 fakt aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, bu faktlar üzrə 5 min 309 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 160 nəfəri qadındır.
Tədbirlərlə 215 nəfərdən ibarət 81 cinayətkar qrup zərərsizləşdirilərək qeyri-leqal dövriyyədən 2 ton 856 kiloqram narkotik vasitə və 291 kiloqram psixotrop maddə çıxarılıb.
Xəbər lenti
0